Türkmənistanda dövlət çevrilişinə cəhd - Nazir müavini HƏBS EDİLDİ

Türkmənistanda silahlı çevrilişə cəhd olub.

Bu barədə "Qalampi" rölkənin kütləvi informasiya vasitələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, iyun ayında Türkmənistanın xüsusi xidmət orqanları silahlı çevriliş cəhdini dayandırıb və əsasən Mari vilayətindən olan 20 türkmən vətəndaşını həbs edib. Hazırda şübhəlilər həbsdədir.

Çevrilişin iştirakçıları arasında eks-prezident Saparmurod Niyazovun ölümündən sonra həbsdə olan və orada dünyasını dəyişən Payzigəldi Meredovun oğlu Botir Meredovun da olduğu vurğulanır.

Bundan başqa, Türkmənistanın daxili işlər nazirinin müavini Axmet ​​Xocatov da həbs edilib. Xocatov 2018-ci ilin dekabrında bu vəzifəyə təyin olunana qədər Mari rayonunun daxili işlər idarəsinin rəisi vəzifəsində işləyib.

Mənbələr iddia edir ki, son günlər Türkmənistanda internetin kütləvi şəkildə bloklanmasına silahlı sui-qəsdlə bağlı məlumatların ört-basdır edilməsi səbəb olub.//Publika.az






Fikirlər