HƏMAS HAVADAN VƏ YERDƏN İSRAİLƏ HÜCUMA BAŞLADI - 20 dəqiqəyə 5 min raket atılıb, İsrail antiterror əməliyyatına başlayıb
HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb. “Report” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 900 nəfərə çatıb. Məlmatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir. *** HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib. “Report “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir. *** HƏMAS üzvləri İsrailin cənubundakı icmalarda patrul xidməti həyata keçirirlər. “Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir: “Bu səhər onlarla HƏMAS silahlısı Qəzzadan İsrail ərazisinə keçib. Minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir, HƏMAS silahlıları isə İsrailin cənubundakı icmalarda patrul xidməti aparır, evlərə sızmağa və günahsız israilli ailələri öldürməyə çalışırlar”.
*** İsrailin Müdafiə Ordusunun hava zərbələri nəticəsində HƏMAS-ın Qəzza zolağının Tel-Elxua rayonundakı qərargahı dağıdılıb. *** İsrailin «Həmas»la döyüşlər gedən ərazilərindəki müxtəlif xəstəxanalardan verilən açıqlamalara görə, toqquşmalarda 200-ə yaxın yaralı var. "AzPolitika.info" "Timesofİsrael" nəşrinə istinadla xəbər verir ki, ən azı iki yüz adam ağır və ya orta-ağır yaralanıb. Bundan əlavə, azı 6 nəfərin öldüyü təsdiqlənib. Qəzza zolağının yaxınlığındakı israilli sakinlər kömək istəməkdə davam edir və küçələrdə İDF-nin az və ya heç olmaması halında yaşayış məntəqələrində terrorçular tərəfindən atəş açıldığını bildirirlər. Kibbutz Sufa sakini olan hamilə qadın iki yaşlı uşağı və yaxın ailə üzvləri ilə gizləndikləri sığınacaqdan Kanal 12-yə danışaraq deyib: “Evimizi atəşə tuturlar, seyf otağının qapısını sındırmağa çalışırlar” . O bildirir ki, əri və daha dörd silahlı sakin İsrail ordusundan kömək almadan küçələrdə döyüşür. Rüfət AzPolitika.info *** İsrail antiterror əməliyyatına başlayıb, Sderot silahlılardan təmizlənir Hücuma məruz qalan Sderot şəhər polis idarəsi İsrail təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. “Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə yerində yaralılar var. *** HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb. “Report” “The Times of Israel” ə istinadən xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir. Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır. Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. *** HƏMAS İsrailin Kərəm Əbu Salim sərhəd buraxılış məntəqəsi və onun ətrafındakı hərbi obyekti ələ keçirdiyini açıqlayıb. *** İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib. “Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb. “HƏMAS”ın hərbi qolu “İzəddin əl-Qasam briqadası”nın rəhbərliyi bildirib ki, “Əl-Aksa” əməliyyatının gedişində İsrailin 35 vətəndaşı və hərbçisini Qəzza zolağına aparıblar. *** İsrail Prezidenti İshak Hersoq hər kəsi təmkinli olmağa çağırıb. O, bu barədə “X” hesabında yazıb. “İsrail dövləti çətin dövrdən keçir. İsrail Müdafiə Nazirliyini, komandirlər, döyüşçüləri, bütün təhlükəsizlik və xilasetmə qüvvələrini gücləndirirəm. Hər kəsi Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etməyə, qarşılıqlı güvən və sakitlik nümayiş etdirməyə çağırıram”, - paylaşımda qeyd olunub. *** “HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək”. “Report” xəbər verir ki, bu fikirlər İsrail Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında yer alıb. Bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə terrorçuların sızması da daxil olmaqla birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək. Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. *** İsrail hərbçiləri Qəzza zolağı ilə sərhəddə bir neçə döyüşçünü zərərsizləşdirib. İsrail ordusu Qəzza zolağında hərbi obyektlərə zərbələr endirir. *** İsrail ordusuna məxsus hərbi baza ələ keçirilib. Bildirilib ki, hərbi baza fələstinli silahlılar tərəfindən ələ keçirilib. Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var. İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
*** İsrailin raket atəşinə tutulması nəticəsində Sderotda gedən döyüşdə Cənub Polis Dairəsinin komandiri, general-mayor Amir Koen yaralanıb.
*** İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda "müharibə hazırlığı vəziyyəti" elan edib. Ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. “İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, - deyə məlumatda bildirilir. Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə sığınacaqlardan uzağa getməməyə, Qəzza zolağının yaxınlığındakı əhali isə sığınacaqlara getməyə çağırılıb. *** Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.
İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olanların kütləvi səfərbərliyini elan edib.
HƏMAS “böyük inqilab"ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi “Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb. “Əl-Cəzirə”nın məlumatına əsasən, İsrail ordusu Qəzzadakı “Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib. Qeyd edək ki, hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir.
*** Onlarla silahlı fələstinli Qəzza bölgəsindən İsrailə daxil olur. Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.
*** “Qəzza zolağından olan radikallar oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər”. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib. Daha əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib.