Bu ölkə elektriklə işləyən təyyarələrdən istifadə edəcək - DÜNYADA İLK DƏFƏ
Yeni Zelandiya Hava Yolları, 2026-cı ildən etibarən yük daşımaları üçün elektrik təyyarələrindən istifadə edəcəyini açıqlayıb. Yenisabah.az xəbər verir ki, ölkənin milli aviaşirkəti Amerikanın aerokosmik istehsalçısı Beta Technologies şirkətindən Alia elektrik təyyarəsi sifariş edib. Məlumata əsasən, təyyarə ilkin olaraq paketlərin və məktubların ölkə daxilində çatdırılması üçün istifadə olunacaq. Qeyd edək ki, Yeni Zelandiya elektrikli təyyarələrdən istifadə edən ilk ölkə olmağı hədəfləyir.