Dünyanın ən soyuq yerləri: Mənfi 50 dərəcədə gündəlik həyat..

Dünyanın ən soyuq yerləri: Mənfi 50 dərəcədə gündəlik həyat..

Rusiya Federasiyasının şərqində yerləşən Saxa Respublikasının rəsmi paytaxtı Yakutsk dünyanın ən soyuq şəhərlərindən biridir. Çünki havanın temperaturu gündüz mənfi 30, gecə isə mənfi 50 dərəcəyə enir.

Yenisabah.az xəbər verir ki, şəhər əhalisi çətin qış şəraitinə öyrəşsə də, bəzən bu, gündəlik həyata mənfi təsir göstərir. Küçələr buz və qarla örtülüdür. Bu mənzərəni şəkillərdə görmək belə üşüməyə kifayət edir.

Rusiyanın şimalındakı Oymyakon kəndində ən aşağı temperatur -72 dərəcədir.

Dünyanın ən böyük adası Qrenlandiyada -66 dərəcə.

Kanadanın əksər bölgələrində donma temperaturu yaşanır. Yukon əyalətindəki Snaqda termometr -63 dərəcəni göstərir. Kanadanın başqa bir soyuq yeri olan Fort Selkirkdə isə orta temperatur -60 dərəcə civarındadır.

ABŞ-ın Alyaska ştatında ən aşağı temperatur -62 dərəcə. Şimal-qərbdəki Montana ştatında orta temperatur -57 dərəcədir.

 






Fikirlər