"Rusiya praktiki olaraq bütün malların alınması üçün üzünü Qərbdən Çinə yönəldib..."
"Cari ilin 11 ayı ərzində Çinin Rusiya ilə ticarət dövriyyəsi 200 milyard dolları keçib..."
Çin Rusiyanın Ukraynaya qarşı müharibəsindən iqtisadi cəhətdən uduş qazanıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, Çin işğalçı ölkə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən gəlir əldə edir, çünki Rusiya praktiki olaraq bütün malların alınması üçün üzünü Qərbdən Çinə yönəldib.
Çinin Rusiyaya ixracı o qədər artıb ki, bu yay Çin inşaatçıları sərhəddə anbarlar və 20 mərtəbəli ofis binaları inşa edib, nəşr yazıb.
Qeyd edilir ki, Çinin Rusiya ilə ticarət dövriyyəsi cari ilin ilk 11 ayı ərzində 200 milyard dolları keçib, bunu
hər iki ölkə gözləməyib. Rusiya avtomobillərdən kompüter çiplərinədək hər şeyi alır.
Rusiya öz növbəsində böyük güzəştlərlə Çinə neft və təbii qaz satıb. Rusiyanın şokolad konfetləri, kolbasa və digər istehlak malları Çinin supermarketlərini doldurub, nəşr yazıb.
Ən çox qazanc əldə edən yük və minik maşınları istehsalçıları olub. Bu satışlar Çinə dünyada ən böyük avtomobil ixracatçısı kimi Yaponiyanı geridə qoymağa imkan verib.
Dəbdəbəli avtomobillərin Çinə satışı kəskin surətdə azalıb. Lakin orta sinfin nümayəndələri və ailə üzvlərinin müharibədə döyüşən əsgərlərin əsas hissəsini təşkil edən Rusiyanın kasıb təbəqəsi əlçatan Çin avtomobillərinin alışını artırıb.
Bu barədə Berlindəki Rusiya və Avrasiyanın öyrənilməsi üzrə Karnegi Mərkəzinin durektoru Aleksandr Qabuyev deyib.
Onun sözlərinə görə, səbəblərdən biri Rusiya hökuməti və sığortaçılar tərəfindən həlak olan və yaralanan əsgərlərin ailələrinə edilən ödənişlərdir.
Çin prezident Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı müharibədən sonra bir çox Qərb ölkələrinin yan keçdiyi idxala olan kəskin tələbatını təmin edib.
Çin özünün bir çox Avropa ölkələri ilə sıx iqtisadi əlaqələri ilə bağlı risklərə rəğmən, malların alternativ tədarükçüsü rolunu davam etdirir, nəşr yazıb. Qeyd edilir ki, Çin fəal surətdə Rusiyayönümlü təbliğatı yayır.
Çin Rusiyanın Ukraynaya hücumu başlanandan neytral mövqe sərgiləməyə cəhd edir və danışıqlara çağırış edir, lakin BMT-də elə Rusiya kimi səs verir. KİV-lərin məlumatlarına görə, Çin Rusiyaya hərbi texnika da tədarük edə bilər.