Rusiyanın ən böyük kosmik sənaye müəssisəsinin rəhbəri saxlanılıb

Rusiyanın ən böyük kosmik sənaye müəssisəsinin rəhbəri saxlanılıb

Moskvanın Basman Məhkəməsi “Geofizika-Kosmos” elmi-istehsalat müəssisəsinin rəhbəri Yevgeni Fomiçev barəsində həbs qətimkan tədbiri seçib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

O, 2024-cü il fevralın 21-dək iki ay müddətinə həbs edilib.

Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham olunur.

İstintaqın məlumatına görə, Fomiçev və onun əlaltıları Ərazi İnkişaf Fondunun rəhbərliyinin etibarından sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyiblər. İşin digər təfərrüatları açıqlanmayıb.






Fikirlər