ABŞ-ın Ukraynaya yardımının bloklanması artıq döyüş meydanına öz təsirini göstərməkdədir.
Qaynarinfo "Le Vif”ə istinadən xəbər verir ki, bunu cümə axşamı, fevralın 15-də NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki mənzil-qərargahına gəldikdən sonra deyib.
"Biz artıq ABŞ-ın qərar qəbul etməməsinin təsirini görürük”, - Stoltenberq Ukrayna qoşunları üçün sursat çatışmazlığı ilə bağlı suala cavabında bildirib.
Bundan əvvəl NATO-nun baş katibi Alyans ölkələrini dərhal Ukraynanı öz ehtiyatlarından sursatla təmin etməyə və mövcud istehsalı artırmağa, uzunmüddətli perspektivdə isə istehsal gücünü artırmağa çağırıb.
Stoltenberq həmçinin bildirib ki, NATO Rusiya ilə onillik davam edəcək mümkün qarşıdurmaya hazırlaşmalıdır, çünki Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gələrsə, onun təcavüzü başqa ölkələrə də keçə bilər.
Fikirlər