«Bütün nüvə sınaqlarını təcili dayandırın!» – NATO KXDR-dan TƏLƏB EDİR…

yens-stoltenberq 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi növbəti nüvə sınağını pisləyən bəyanatla çıxış edib.

NATO-nun saytında xəbər verilir ki, Şimali Atlantika alyansı KXDR-nın keçirdiyi, beynəlxalq və bölgə təhlükəsizliyini təqdid edən nüvə sınaqlarından narahatlıq ifadə edir.

«Şimali Koreya rejimi təxirə salmadan bütün nüvə və raket sınaqları fəaliyyətini dayandırmalıdır» – deyə, Stoltenberq bəyan edib.

Onun sözlərinə görə, beynəlxaq birliklə dialoqa girmək Pxenyan üçün oduqca vacibdir. O, gərginliyin artmasına gətirən təhdidləri dayandırmalıdır.

Məlumat üçün bildirək ki, bu bazar günü KXDR hidrogen bombasını uğurla sınaqdan keçirdiyini bəyan edib.

 






Fikirlər