Şimali Koreya ABŞ aviadaşıyıcısını batıracağı ilə HƏDƏLƏDİ

aviania3471_avianosets-karl-vinson

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) aviadaşıyıcısı «Karl Vinson»u batıracağı ilə hədələyib.

Beləliklə, Şimali Koreya hökuməti ölkənin hərbi gücünü nümayiş etdirmək niyyətindədir. Bu barədə «Nodon simbun» qəzeti yazıb.

«Bizim inqilab qüvvələrimiz ABŞ-ın atom aviadaşıyıcı gəmisini bircə zərbə ilə batırmaq üçün tam hazır vəziyyətdədir» – deyə, qəzet KXDR hökumətindən sitat gətirir.

Xatırlatmaq yerinə düşərdi ki, aviadaşıyıcı «Karl Vinson» ABŞ və Yaponiya birgə hərbi təlimlərində iştirak edir.






Fikirlər