Dağıstan rəhbəri hadisə yerində - VIDEO

dagistan-rehberi-hadise-yerinde

Dağıstanın rəhbəri Sergey Melikov Dərbənddə ötən gün terror hadisələrinin törədildiyi kilsə və sinaqoqlara baş çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə şahidləri ölkə rəhbərinə dünənki faciəli hadisənin necə baş verdiyini danışıblar. İki əsrə qədər yaşı olan sinaqoqun tamamilə yandığı, kilsə binasında pulemyot atəşinin izlərinin qaldığı bildirilib. Həmçinin qeyd olunub ki, keşiş Nikolay məhz bu kilsədə öldürülüb.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib. Ölkədə 3 günlük matəm elan olunub.

 

 






Fikirlər