ÇEXİYA terrorçulara 6 MİLYON dollar ödədi

Çexiya terrorçulara 6 milyon dollar ödədiÇex höküməti iki vətəndaşını azad etmək üçün terrorçulara 6 milyon dollar ödəyib.
 
Məlumata görə, azad olunanlar iki il əsirlikdən sonra 2015-ci ilin martında vətənə qayıdıb.
 
Məlumatda o da bildirilir ki, Qana Qumpalova və Antoniya Xrasteçka üçün pul ödənilməsi qərarını İrji Rusnokun keçmiş kabineti verib.
 
Çex turistləri 2013-cü iln martında Pakistanın Belucistan əyalətində yerli köçəri tayfaları tərəfindən girov götürülüb.
 
Onlar buraya İran ərazisindən keçərək, gəlib. (Musavat.com)






Fikirlər