Xarici ticarətdə 9,3 milyard dollar itirdik – 50% azalma

 

3868b1085c8830a25a113cbc5c1e45dd_XL2015-ci ilin Yanvar-Oktyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 17 milyard 205 milyon 907.97 min ABŞ dolları təşkil edib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 35.21% və ya 9,3 milyard dollar azdır. Keçən ilin 10 ayında Azərbaycanın ixracı 26 milyard 556 milyon 794.81 min ABŞ dolları idi.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 7 milyard 440 milyon 929.84 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 1.08 % artmışdır), İxrac əməliyyatları üzrə 9 milyard 764 milyon 978.13 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 49.13 % azalmışdır) əməliyyat qeydə alınmışdır.
Azərbaycanın ixracı, 2013-cü ilin 10 ayında 20 milyard dollar, 2014-cü ilin 10 ayında isə 19,2 milyard dollar idi.
Ticarət əməliyyatlarında 1 milyard 857 milyon dollarlıq müsbət saldo qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanın ixracının azalması əsasən neftin ucuzlaşması ilə bağlıdır.






Fikirlər