Neft fondunun aktivləri azalıb – 5 milyard hara xərclənib?


 

“Neft Fondunun aktivləri bu il ayda orta hesabla 262,8 milyon dollar azalıb”.

  Azərtaym.az AzNews.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu Dövlət Neft Fondunun 2015-ci ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri və investisiya siyasəti ilə bağlı açıqlamasına münasibətində bildirib. Onun sözlərinə görə, bu ilki büdcə və strateji investisiya öhdəliklərində fondun rolu nəzərə alınsa bu tempdə azalma qəbul olunandır: Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində əsas xərci dövlət büdcəsinə transfert olub. Bu ilin 9 ayında fondun büdcəsinin 88,3 faizi və ya 5 milyard 650 milyon manatı bu məqsədlə istifadə edilib. İkincisi, fondun aktivləri azalmaqda davam edib. Bu ilin birinci yarısında fondun 2015-ci ilin əvvəlinə olan 37 milyard 104,1 milyon ABŞ dolları məbləğində aktivləri nisbətən 6,38% azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub. Bu o deməkdir ki, aktivlər son 9 ayda orta hesabla ayda 262,8 milyon dollar azalıb. Bu ilki büdcə və strateji investisiya öhdəliklərində ARDNF-nun rolunu nəzərə alsaq bu tempdə aşağı düşmə qəbul olunandır. Görəsən fond bu tempi bu ilin sonunadək və növbəti illərdə də qoruya biləcəkmi”? 



Q.İbadoğlu hesab edir ki, digər mühüm məqam isə valyuta səbətinin şaxələnməsi ilə bağlıdır: “Fondun açıqlamasına görə, vəsaitlərin 47,8 faizi dollarda, 35,9 faizi avroda, 5 faizi funt sterlinqdə, 3,2 faizi qızılda, 1,5 faizi yapon yenində, 1.4 faizi Çin yuanında, 1,4 faizi rublda, 1,2 faizi Koraya vonunda, 1,0 faizi turk lirəsində, 0,5 faizi Avstraliya dollarında və 1,1 faizi də digər valyutalarda saxlanılır. Bununla yanaşı fond vəsaitlərinin 76,4 faizini istiqrazlarda və 5,2 faizini depozitlərdə yerləşdirib. Fondun vəsaitlərinin 57,54 faizi Avropada, 22,65 faizi Amerikada, 11,12 faizi Asiyadadır”. 

 
 






Fikirlər