Bin Ladenin MƏXFİ planı: 11 Sentyabrın SİRRİ

Əl Qaidə terror təşkilatının lideri Üsamə bin Laden 2001-ci il 11 sentyabr terrorunu 1999-cu ilin oktyabrında “YeciptEyr” aviaşirkətinin təyyarəsinin qəzaya salınmasından sonra planlaşdırıb.

 

 AzerTaym.az xəbər verir ki, bu barədə informasiyanı “Foks Nyus” telekanalı yayıb. Terrorçunun gündəliyini diqqətlə tədqiq edən telekanal Bin Ladenin məhz bu qəzadan sonra niyə pilotların təyyarəni ABŞ-dakı binalardan birinə çırpmadığı haqqında düşündüyünü iddia edib.

 

Qeyd edək ki, Misirin “YeciptEyr” aviaşirkətinə məxsus təyyarəyə 1999-cu ildə edilən hücum zamanı 217 nəfər həlak olub.

 

Əl Qaidə terror təşkilatı 1988-ci ildə Əfqanıstanda yaradılıb. SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra bu terror təşkilatının əsas hədəfi Qərb ölkələri olub. 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinin partladılmasını təşkil edən Əl Qaidə bunun nəticəsində dünyanın 1 nömrəli terror təşkilatına çevrilib. 






Fikirlər