TÜRK helikopterləri KÜRDLƏRİ vurdu - 9 ÖLÜ

Hərbi helikopterlər Türkiyənin cənubundakı kürd üsyançılara havadan zərbələr endirib, doqquz PKK üzvü ölüb.
Bu haqda Türkiyənin təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.
Məlumata görə, helikopterlər terrorçuları Suriya ilə sərhəddə yerləşən Şirnak ərazisində atəşə tutublar.
Mənbədən verilən məlumatda əlavə olunur ki, bir qrup PKK döyüşçüsü keçən həftə komendant saatının elan edildiyi İdil rayonuna hərəkət ediblər.
Bundan əvvəl PKK ilə əlaqəsi olan YPG 17 fevralda Ankarada 29 nəfərin ölümünə səbəb olmuş partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Qruplaşmanın bəyanatında deyilir ki, partlayış Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın kürdlərə qarşı siyasətinə və Cizre şəhərindəki vəziyyətə cavab olaraq həyata keçirilib.






Fikirlər