ABŞ Türkiyədə rəngli inqilaba hazırlaşır - ŞOK
ABŞ Türkiyədə rəngli inqilab həyata keçirməyi planlaşdırır. AzerTaym.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Mayk Vaytni “ConturPunç” qəzetində qələmə aldığı məqaləsində deyib. Jurnalist məqaləsində Türkiyənin torpaqlarının qorumaq haqqının olduğunu bildirərək, YPG-yə qarşı mübarizəsini dəstəkləyib: “Barak Obama administrasiyası ikiüzlülük nümayiş etdirir. Rəsmi Vaşinqton Ərdoğanı Suriya və Rusiya ilə birbaşa müharibəyə təşviq etmək istəyir. Türkiyənin Suriyaya müdaxiləsi ölkədəki separatçılıq meyllərini gücləndirəcək və Ərdoğanın gücünə ciddi mənfi təsir edəcək. Bu məqamda ABŞ türk ordusunda və MİT-dəki (Milli İstihbarat Təşkilatı) casusları vasitəsilə qarışıqlıqdan yararlanacaq. ABŞ-ın əsl məqsədi rəngli inqilab edərək Ərdoğandan qurtulmaqdır. Mərkəzi Kəşfiyat İdarəsinin (CİA) Kiyevdə etdiyinin bənzəri olacaq”.