Obama Türkiyəni müdafiə etdi – Putin təkləndi
ABŞ prezidenti Barak Obama Türkiyənin Suriya sərhədində Rusiyaya məxsus təyyarəni vurması ilə başlayan diplomatik qalmaqala münasibət bildirib. AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Rusiya-Türkiyə davasında rəsmi Ankaranın mövqeyini dəstəkləyib. “Türkiyənin öz torpaqlarını və hava məkanını qorumağa haqqı var”, -deyə Obama vurğulayaraq yaxın günlərdə Ərdoğanla görüşəcəyini diqqətə çatdırıb. Fransa prezidenti Fransua Ollanda isə açıqlamasında Türkiyə-Rusiya münasibətlərinin pisləşməsindən narahat olduğuni dilə gətirib: “Bu, çox ciddi bir məsələdir. Təəssüf edirik. Bölgədə gərginliyin artmasının qarşısını almalıyıq” Qeyd edək ki, bu gün Türkiyə qırıcıları Suriya sərhədində Rusiya təyyarəsini vurub. Bu olaydan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımını “kürəkdən vurulan zərbə” adlandıraraq Ankaranın cavab verməli olacağını bildirib. Türkiyə tərəfi açıqlamasında bəyan edib ki, sərhədi pozan Rusiya təyyarəsinə 10 dəfə xəbərdarlıq edilsə də məhəl qoyulmayıb.