“2013-cü ildə Vladimir Putin həyat yoldaşı Lyudmila Putinanı boşayanda mən demişdim ki, bu ayrılığın təşəbbüsçüsü Lyudmila Aleksandrovna olub. Səbəb isə onun həyatında digər kişinin peyda olması idi, sonradan məhz həmin kişiyə ərə getdi. Həmin kişi Aleksey Oçeretnıy idi”.
Politoloqun sözlərinə görə, Lyudmila Aleksandrovna növbəti ərini tapıb: “Növbəti ər, yeri gəlmişkən, yaxşı söz birləşməsidir. Buna görə Lyudmila xanım, sadəcə yeni şəxsi həyatını qurub, bunun üçün formal rəsmi boşanma tələb olunurdu”, - o, vurğulayıb.
Belkovski qeyd edib ki, Lyudmila Putinanın boşanmağa israrlı olmasına o vaxtkı şayiələr və dedi-qodular da səbəb olub. Onun sözlərinə görə, Lyudmila xanımla indiki ərini birlikdə vaxtilə Rublevo-Uspenski şossesindəki “Priçal” restoranında da görüblər.
AzerTaym.az