Narkomanların sayı artır - 70 faizi gənclərdir
Ölkədə narkotik istifadəsçilərinin sayı günü-gündən artır. Azərtaym.az xəbər verir ki, bu barədə ANS TV-yə baş narkoloq Lyudmila Cəfərova bildirib.
Baş narkoloqun sözlərinə görə, artıq gənclərdə narkotik vasitələrə maraq artıb və onlar da “ağ ölüm”ün qurbanına çevrilirlər: “9 aya narkomaniyada 310 nəfər qeydiyyata alınıb. 18-45 yaş arası insanlar 70 fazidir. Qalanı isə 40 yaşından sonradır”.
Lyudmila Cəfərova onu da bildirib ki, indi tərkibi kimyəvi qatqılarla dəyişdirilən narkotik vasitələr orqanizmə daha çox zərərlidir. Belə xəstələrin müalicəsi də asan olmur. Hər şeydən öncə isə narkoik vasitə istifadəçisi sağalmağını özü istəməlidir.
Sosioloqlar isə narkotik vasitələrdən istifadəçilərin sayının artması ilə yanaşması cavanlaşması halını cəmiyyət üçün böyük təhlükə olduğunu düşünür.
Sosioloq Rəşad Əsgərov deyir ki, narkotik vasitədən asılılıq onları ən ağır cinayət törətməyə belə sürükləyə bilər. Bunun səbəbi isə müxtəlifdir: sosial problemlər, natamam ailələr, digər tərəfdən isə təmin olunmuş ailələrdir.
Rəşad Əsgərov onu da əlavə etdi ki, narkomaniya ilə mübarizəni hər kəs aparmalıdır. Evdə, işdə, bir sözlə hər yerdə bunun törətdiyi fəsadlarla bağlı informasiya yayılmalıdır. Bəlkə o zaman heç olmasa narkomaniyanın cavanlaşmasının qarşısını almaq mümkün olar.