Səudiyyə şahzadəsinə qarşı ABŞ-da yeni təcavüz ittihamı

Səudiyyə şahzadəsinə qarşı ABŞ-da yeni təcavüz ittihamı
Livan tarixinin ən böyük narkotik qaçaqmalçılığına damğa vuran və saxlanılan, bir başqası isə qulağa qəribə gələn fantaziyalarına görə xəbər başlıqlarından düşməyən Səudiyyə şahzadələri gündəm olmağa davam edir.

FaktXəbər-in məlumatına görə, əvəllər işçilərindən cinsi tələblər istəyib etiraz edənləri bu dəfə öldürməklə təhdid edən şahzadə Macid bin Abdullah bin Əbdüləziz Əl-Səud qarşı iddia qaldıran 3 qadın, şahzadənin təcavüzünə məruz qaldıqlarını bildriblər. 

ABŞ-ın Los-Anceles şəhərində həbs olunan şahzadənin işçiləri bildiriblər ki, üç gün davam edən seks və narkotik partiyası boyu evdən bayıra buraxılmayıblar. Parti zamanı isə əl-Səud şahzadəsi qadınlardan birindən tələb edib ki, onun bütün bədənini yalasın.

Digər bir Səudiyyə şahzadəsi Abdülmuhsin bin Vəlid bin Əbdüləzizin isə Beyrut hava limanında tarixin ən böyük narkotik əməliyyatında 3 nəfərlə birlikdə saxlanılıb. Onun təyyarəsindən 2 tondan artıq narkotik həb və kokain tapılıb. Maraqlıdır ki, şahzadə bu qədər narkotikin şəxsi istifadə üçün olması kimi gülünc açıqlama verib.
 






Fikirlər