DAVUDOGLU nazirlərin və GENERALLARIN fövqəladə toplantısını çağırdı
Türkiyə hökuməti martın 13-də Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı terrorla bağlı fövqəladə müşavirə keçirib. AzerTaym.az Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə keçirilmiş müşavirədə ordu generalları, hökumət üzvləri və təhlükəsizlik orqanlarının rəhbərləri iştirak ediblər.