Türkiyə ilə ABŞ razılaşdı: ÖCALAN evə buraxılır

Türkiyə ilə ABŞ razılaşdı: Öcalan evə buraxılır

ABŞ, Türkiyə və Suriya Demokratik Qüvvələri Menbiç əməliyyatından əvvəl İncirlik bazasında görüşüb.

 Axar.az xəbər verir ki, bu barədə Livanın "Səfir” qəzeti yazıb.
 Qəzetin iddiasına görə, görüş üçün Rusiyanın da razılığı alınıb.
 Üçtərəfli görüş zamanı Menbiç əməliyyatına qatılacaq qüvvələr müzakirə olunub. Bundan əlavə, Türkiyə ilə PKK arasında danışıqların yenidən başlamasına, Abdullah Öcalanın ev dustaqlığına buraxılmasına qərar verilib.
 PKK-nın Türkiyənin şərqində kürdlərin yaşadığı bölgələrdə terror əməllərindən əl çəkməsi qarşılığında isə rəsmi Ankara Menbiç əməliyyatına kürdlərin qatılmasına razılıq verib.
 Qəzet son olaraq qeyd edib ki, əgər Suriya parçalanarsa, Türkiyə cənub sərhədlərində kürd dövlətinin yaranmasına etiraz etməyəcək.
 Qeyd edək ki, Suriya Demokratik Qüvvələri iyunun 1-də ABŞ-ın dəstəyi ilə Menbiç şəhərinin İŞİD-dən azad olunması üçün hərbi əməliyyatlara start verib.






Fikirlər