Ölkə prezidentinin igid zabitimiz Mais Bərxudarova şəxsən general-mayor rütbəsini verməsini yüksək qiymətləndirirəm.
Adam biləyinin haqqı ilə bu rütbəni qazanmış. Ümid edirəm ki, bu, həm də yeni bir ənənəin başlanğıcı olacaq.
Döyüşməyən, hərbi uğur qazanmayan, ancaq kabinet intriqalarından qələbə qazanan və general sayılan şəxləri utandırmaq üçün Ali Baş Komandan tərəfindən belə bir addım atıldığını düşünürəm. Məncə döyüşdə qəhrəmanlığa görə rütbə alan generallarla digərlərini fərqləndirən hansısa bir əlamət də müəyyənləşdirilsəydi, yaxşı olardı. General adının şərəfini ucaltmaq lazımdır, layiq olanların alması lazımdır, o zaman əminəm ki, Azərbaycan Ordusunun tamam fərqli bir obrazını hər kəs görəcək və qürur duyacaq.
Fazil Mustafa, millət vəkili