Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dönəmdə bu qurumun ayrı-ayrı imkanlı adamlardan şantaj, hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməsi faktları açılmaqdadır.
Demək olar ki,hər yeni gündə Azərbaycan vətəndaşları MTN-nin daha bir dəhşətli əmələrinin üzə çıxmasının şahidi olur.
Bu arada gununsesi.info-ya Eldar Mahmudovun şantaj yolu ilə pulunu aldığı daha bir şəxs barəsində rezonans doğura biləcək bilgi daxil olub.
Bu, Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdir.
Belə ki, kollegiya sədrinin yaxın çevrəsinə daxil olan şəxslərdən birinin şəxsi həyatına aid video görüntülər çəkən MTN-nin Anti -Terror Mərkəzinin əməkdaşları sonradan onu şantaj edərək, 700 min manat pulunu alıb. Məlumatda o da bildirilirki, Azər Tağıyev pulun bir hissəsini kollegiyanın hesabından çıxarıb.