“Dövlətçiliyimizin möhkəmlənməsində saytların xidməti televiziyalardan az deyil”

Elman Məmmədov: “Əflatun Amaşovun təşəbbüsünü dəstəkləyirəm”

Məlum olduğu kimi, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov onlayn mediaya maliyyə yardımının göstərilməsi təklifi ilə çıxış edib və digər həmkarlarını bu təşəbbüsü dəstəkləməyə çağırıb.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov Ə.Amaşovun təklifini dəstəklədiyini bildirib və saytların önəminin qəzet və televiziyadan heç də az olmadığını vurğulayıb:

“Hesab edirəm ki, bu məsələ cənab prezidentin də diqqətində olan bir məsələdir. Ölkə başçısı mediadan qayğısını heç vaxt əskik etməyib. Saytlar bizim üçün yad deyil. Saytların Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin yaylmasında xidməti qəzet və televiziyalardan heç də az deyil. Ona görə saytların daha səmərəli fəaliyyət göstərməsi, Azərbaycan dövlətçiliyinə daha dərindən xidmət göstərməsi üçün onların yaşaması vacibdir və onların maddi-texniki bazaları da möhkəmlənməlidir. Buna görə də mən də Ə.Amaşovun fikri ilə həmrəyəm. Mən də hesab edirəm ki, saytlara diqqət və qayğı artırılmalıdır”.






Fikirlər