Əflatun Amaşovdan maraqlı statistika
Mətbuat Şurasının sədri Əflatun Amaşov Moderator.az-a açıqlamasında Azərbaycanda medianın mövcud vəziyyəti, habelə gələcək inkişaf tempi ilə bağlı maraqlı statistika təqdim edib. Ə.Amaşovun sözlərinə görə, araşdırmalar onlayn mediasının 2018-ci ildə hakim mövqeyə sahib olacağını göstərir:
“Artıq Azərbaycanda ictimai fikrin formalaşmasında əsas rolu onlayn jurnalistika oynayır. Tədqiqatçılar hesablayıb ki, insanların 50%-dən çoxu informasiya mənbəyi kimi onlayn mediadan istifadə edir. Hesablamalara görə, 2018-ci ildə bu rəqəm 80-85% miqdarında olacaq. Bu isə olduqca ciddi rəqəmdir. Bloggerlərin fəaliyyətinə gəlincə, hazırda Azərbaycanda 30 minə yaxın blogger fəaliyyət göstərir. Bu rəqəmin də yaxın gələcəkdə artacağı istisna deyil”.