“MTRŞ-ın televiziyalara təzyiq etməsi yolverilməzdir”

Картинки по запросу qulu məhərrəmli

“Son illər televiziyanın səviyyəsinin aşağı düşməsi bizi o qənaətə gətirir ki, ekranda nə baş verir-versin, artıq buna təəccüblənməyə dəyməz. Şəxsən mən ölçülərin kiçilməsinə, düşüncəsinin daralmasına, insanların bu vəziyyətdə qalmasına təəccüblənmirəm”.

 Bunu Moderator.az-a tanınmış media eksperti Qulu Məhərrəmli efirin toyxanaya çevrilməsi ilə bağlı iradları şərh edərkən deyib.

 O deyib ki, efirin toyxanaya çevrilməsi əlbbətə yolverilməzdir: “Efirin özünün standartları, ölçüləri var. Ancaq əyləncə o demək deyil ki, istədiyin kimi davranasan. O yerdə ki kamera, ictimai baxış, göz var, davranışlara müəyyən məhdudiyyətlər qoyulmalıdır. MTRŞ-nın bu istiqamətdəki fikirləri ilə şərikəm, amma bu qurumun televiziyalara həddindən artıq təzyiq eləməsini də qəbul etmirəm. Geniş mənada götürsək, MTRŞ yaradıcılıq məsələlərinə qarışa bilməz. Ona görə də televiziya rəhbərləri, prodüserlər, aparıcılar, redaktorlar bu məsələlərə diqqət yetirməlidir. Məsələnin canı budur ki, hər kəs öz işini görməlidir. Televiziyada bu vacibdir ki, hər şey peşəkar səviyyədə təqdim olunsun. Təəssüf ki, peşəkar səviyyə də aşağı düşüb, məsuliyyət də hiss olunmur. Bu ikisi birləşəndə əcaib verilişlər ortaya çıxır”.  






Fikirlər