Telekanallara xəbərdarlıq: “Belə davam etsə…”

telekanallar-azerbaycan-loqo

“Milli Televiziya və Radio Şurası (MTRŞ) əvvəlki dövrlərdə aşağı səviyyəli yumorla, “qara yumor”la bağlı dəfələrlə kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma təəssüf ki, hazırda bu kimi hallar yenidən ortaya çıxır”.

Bunu “Report”a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, bu məsələlər şuranın nəzarətindədir: “Bu, daha çox yaradıcılıq məsələsidir, əslində, MTRŞ yayımçıların yaradıcılıq işinə qarışmır. Amma hər halda kanallar da bundan istifadə edib, reytinq xatirinə efiri səviyyəsiz materiallarla doldurmamalıdır”.
Şöbə müdiri bildirib ki, o, şəxsən “Bozbaş pikçers”in ATV-də yayımlanmasını başa düşmür: “Bəlkə də yaxşı reytinq gətirir, ona görə. Yumoristik layihələrdə, seriallarda Azərbaycan mentalitetinə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur. Belə davam etsə, yəqin ki, yenidən bu məsələlərin ciddi monitorinqlərinə start veriləcək”.

 






Fikirlər