“Mən fövqəladə hadisələrə qarşı mübarizəyə hazıram” …
05 dekabr 2016-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Mən fövqəladə hadisələrə qarşı mübarizəyə hazıram” adlı layihə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatı dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetində “Mən fövqəladə hadisələrə qarşı mübarizəyə hazıram” adlı layihə həyata keçirilmişdir. Layihədə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşları kapitan Əliyar Orucov, baş leytenat Oruc Əkbərov, d/x baş leytenatı Azad Əliyev, leytenat Rəsul Rzayev və Akademiyanın bir neçə kursantı iştirak edib. Tədbiri layihə rəhbəri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib və bildirib ki, fövqəladə hadisələrin qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlər yüzlərlə minlərlə insanların həyatını mümkün təhlükədən qoruyar. Daha sonra layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib. Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşı baş leytenat Oruc Əkbərov çıxış edərək tələbələri “Fövqəladə hallar zamanı əhalinin psixoloji hazırlığı” mövzusunda maarifləndirib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının digər əməkdaşı d/x baş leytenatı Azad Əliyev çıxış edərək “Yanğın təhlükəsizliyi” mövzusunda tələbələri maarifləndirib. Çıxış edən Akademiyanın digər mütəxəssisi leytenat Rəsul Rzayev “İctimaiyyətdə baş verə biləcək fövqəladə hadisələrə qarşı qabaqlayıcı tədbirlər” mövzusunda tələbələrə təlim keçib. Qeyd edək ki, layihənin məqsədi insanlardan asılı olan fövqəladə hadisələrin baş verməməsi üçün önləyici qabaqlayıcı tədbirlər mövsuzsunda tələbələr arasında maarifləndirmə tədbirlərinin aparılması, tələbələri fövqəladə hadisələrə səbəb olacaq davranışlara yol verməkdən çəkindirmək, onları təbii və texnogen fövqəladə hallar zamanı nə etməli?, Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli? İlkin tibbi yardımı necə göstərməli? hadisə anında necə düzgün davranmaqları haqqında maarifləndirməkdir. AzerTaym.az