"QAÇQIN DA OLSA, OXUMAYAN TƏLƏBƏ QOVULMALIDIR" - AQİL ABBAS

Похожее изображение

Yaxşı oxumayan tələbələr universitetdən xaric edilməlidir.

Bunu Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayevin qaçqın tələbələrin ödənişsiz təhsil almasına məhdudiyyət qoyulması təklifinə münasibət bildirərkən, millət vəkili Aqil Abbas deyib. 
Deputat qeyd edib ki, qaçqın və məcburi köçkün tələbələrin ödənişsiz təhsil almasına o halda hədd qoyula bilər ki, onların akademik göstəriciləri zəif olsun: 
"Qaçqın tələbələrin dövlət ali məktəblərində ödənişli təhsil alması düzgün deyil. Özəl universitetlərdə də geniş güzəştlər olunur, hətta onlar təhsil haqlarından azad olunur.
Lakin bu tələbələr universitetdə ödənişsiz təhsil almalarından istifadə edib, yaxşı oxumurlarsa, onda hər hansı tədbirlər görülə bilər. Ümumiyyətlə, düşünürəm ki, qaçqın olsa belə, oxumayan tələbə universitetdən xaric edilməlidir. Birdəfəlik olmasa da, ağlı başına gələnə qədər həmin tələbəni uzaqlaşdırmaq lazımdır ki, təhsilin keyfiyyəti artsın. Nəzərə almaq lazımdır ki, oxumayan hər tələbə bir oxuyanın yerini alır. Ümumi oxumayan tələbələr barədə tədbir görülərsə, qaçqın olub, maddi imkansızlıq ucbatından oxuya bilməyən tələbələri təmin edə bilərlər”.
A.Abbas əlavə edib ki, burda başqa hal da yaranır ki, ödənişsiz oxuyan qaçqın tələbələrin qiymətləri aşağı salınar və onları universitetdən xaric edə bilərlər:  
Bu artıq universitetlərdə sui-istifadə hallarına səbəb olar.
Qeyd edək ki, ADA-nın rektoru Hafiz Paşayev deyib ki, özəl universitetlərə müraciət edən tələbələr təhsil haqqından - ödənişdən azad olunurlar. Ancaq bu məsələyə qayıdıb, rektorlarla birgə bunu müzakirə etmək lazımdır.






Fikirlər