Deputat Aqil Abbas: "Danışmağım qadağan edilib"
“Bu gün Azərbaycan xalqını təbrik etməklə kifayətlənirəm”.
Bu sözləri millət vəkili Aqil Abbas Ölkə.Az-a açıqlamasında bildirib.Millət vəkili təbrikini belə edib:
“Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edirəm. Heç kəs Azərbaycan xalqını sındıra bilməz, əyə bilməz, işğal edə bilməz. Çünki artıq Azərbaycan azadlığın nə olduğunu bilir və Ulu Öndərin qurduğu Azərbaycanı heç kim dağıda bilməz”.
Daha sonra heç bir açıqlama vermək istəməyən deputat ona qadağa qoyulduğunu deyib:
“Mənə embarqo qoyulub. Ailəm tərəfimdən danışmağım qadağan edilib. Hər müsahibəmdən sonra respublikada “it yiyəsini tanımır”.