11.03.2014. - Aqil Abbas: “Oğlum danlayıb, amma döyməyib

11.03.2014. -  Aqil Abbas: “Oğlum danlayıb, amma döyməyibDüzdür, eşitdiyimə görə onların aralarında mübahisə olub. Tuncay onu danlayıb, amma o yazılanların biri də həqiqətə uyğun deyil”

Bunu AzNews.az-a millət vəkili Aqil Abbas rəis oğlunun öz işçisini döyməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iş prosesində belə hadisələr hər gün baş verə bilər: “İş prosesidir, mübahisə düşməsi normal şeylərdir. Amma döymək məsələsi kökündən yalandır. Mənim oğlum adam döyəndi? Onu yazanlar zəng vurub həmin rayonun polis bölməsindən öyrənə bilərlər".

Qeyd edək ki, qafqazinfo.az-ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovla həmin bölmənin işçisi, polis mayoru Bağır Səlimov arasında dava düşüb. Nəticədə isə Tuncay Abbasov Bağır Səlimovu döyüb. Zərərçəkən tərəf hadisəni təsdiqləyib.

O deyib: “Tuncay Abbasov özünü çox böyük aparır. Heç kimi saya salmır. Deyir ki, mən nazirin qucağında böyümüşəm. Mənə kimsə nəsə edə bilməz. Nazirliyə də müraciət etmişəm. Hadisə araşdırılır. Bizim tabe olduğumuz nazirlik var və mən şikayətimi etmişəm. Məsələnin də obyektiv araşdırılacağını inanıram”






Fikirlər