Iki nazirin qohumları arasında kütləvi dava
Moskvada başlayan mübahisə təyyarə Bakıda yerə endikdən sonra da davam edib. Hava limanının dayanacağında saxlanan maşınlarının götürmək üçün gələn mübahisə iştirakçıları burada yenidən əlbəyaxa olub.
Kütləvi davada bir neçə nəfərin xəsarət aldığı bildirilir ki, onların da arasında müdafiə naziri Zakir Həsənovun yaxın qohumu da var. Nazirin qohumunun ayağı sınıb, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müdafiə nazirinin qohumunun da xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi davanın iştirakçıları arasında Rabitə və İnformasiya Yexnologiyaları naziri Əli Abbasovun kürəkəni, eləcə də keçmiş baş prokuror İxtiyar Şirinovun yaxınları da olub.
Bundan başqa davada müdafiə naziri Zakir Həsənovun qohumu, hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan, polis general-mayoru Elxan Həsənovun oğlu da iştirak edib. Davada xəsarət alan şəxsin kimliyi də məlumdur. Bu, müdafiə naziri Zakir Həsənovun əmisi oğludur.
Ayağı sınan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bu şəxs də Müdafiə Nazirliyində çalışır.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəis müavini Ehsan Zahidov AzNews.az-a bildirib ki, hadisə ilə bağlı nazirliyə hər hansı bir məlumat daxil olmayıb.