SƏFƏR ƏBIYEVIN "VURDUĞU" ZABITƏ YÜKSƏK VƏZIFƏ VERILDI

SƏFƏR ƏBIYEVIN "VURDUĞU" ZABITƏ YÜKSƏK VƏZIFƏ VERILDI

AzNews.az-ın məlumatına görə, bir müddət əvvəl müdafiə naziri Zakir Həsənov sabiq sələfi tərəfindən cəzalandırılan Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılovun rütbəsini bərpa edib. Nazirin əmri ilə X. Cəbrayılov yenidən polkovnik rütbəsi ilə təltif olunub.

Bu dəfə isə nazirin yeni əmri ilə X. Cəbrayılovu daha yüksək vəzifə ilə mükafatlandırıb.

Z. Həsənovun bu günlərdə verdiyi növbəti əmrlə X. Cəbrayılov Şəmkir korpusuna müavin təyin edilib.

Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib.

O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə “İgidliyə görə” medalı ilə də təltif edilib.

Keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən isə X. Cəbrayılov cəzalandırılıb və onun rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilib. Həmin vaxt nazirin bu addımı narazılıqla qarşılanmışdı.

Yeni müdafiə naziri Zakir Həsənov isə X. Cəbrayılovun yenidən polkovnik rütbəsinə layiq görülməsilə bağlı əmr imzalayıb. Bu hadisə Z. Həsənovun Şəmkir hərbi birləşməsinə səfərindən sonra baş verib.






Fikirlər