11.03.2014. - Aqil Abbasın rəis oğlu işçisini döyüb?!
Bu barədə “Qafqazinfo”ya məlumatı adıçəkilən bölmənin əməkdaşları veriblər. Onlar bildiriblər ki, davanın baş verməsinə səbəb Bağır Səlimovun Suraxanı rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimovun qəbuluna öz rəisi Tuncay Abbasovdan xəbərsiz getməsi olub.
Qəbuldan çıxandan sonra Tuncay Abbasov Bağır Səlimovu döyüb. Hadisə kameraların yaddaşına da düşüb. Tuncay Abbasov hadisənin bilinməməsi üçün şahidlərdən xahişlər edib.
Hadisənin şahidləri deyir ki, döyülən Bağır Səlimov Qarabağ müharibəsi veteranıdır.
“Qafqazinfo” Bağır Səlimovla da əlaqə saxlayıb. Lakin mayor hadisənin baş verdiyini təsdiqləsə də, bu barədə nazirliyin araşdırmasından sonra danışacağını deyib:
“Tuncay Abbasov özünü çox böyük aparır. Heç kimi saya salmır. Deyir ki, mən nazirin qucağında böyümüşəm. Mənə kimsə nəsə edə bilməz. Nazirliyə də müraciət etmişəm. Hadisə araşdırılır. Bizim tabe olduğumuz nazirlik var və mən şikayətimi etmişəm. Məsələnin də obyektiv araşdırılacağını inanıram”
Qeyd edək ki, sözügedən bölmənin rəisi Tuncay Abbasov Milli Məclisin deputatı Aqil Abbasla , “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın oğlu, Məmməd Arazın nəvəsidir.
Məsələ ilə bağlı “Qafqazinfo” T. Abbasovun da mövqeyini öyrənməyə çalışsa da bu mümkün olmayıb.