Mirşahin keçmiş ANS-çilərə səsləndi: “...diqtəyə tabe OLMAYIN!”
Fəaliyyəti dayandırılmış ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev keçmiş əməkdaşlarına çağırış edib. Modern.az-ın məlumatına görə, o, ANS-dən gedənlərə işlədikləri yerlərdə ANS ənənələrini qorumağı məsləhət görüb: “ANS dən gedənlər, mən Sizdən getdiyiniz yerləri ANS-ləşdirəcəyinizi gözləyirəm, onlarlaşacağınızı yox! Müqavimət göstərin, diktorlaşıb diqtəyə tabe olmayın, aparıcı olun, aparın!”.