MİRŞAHİN evə buraxılıb
Xəbər verdiyimiz kimi, dünən ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev səhhətində yaranmış problemlərlə bağlı xəstəxanaya yerləşdirilmişdi.
Mərkəzi Klinik Xəstəxanasından
Azərtaym.az-a daxil olan məlumata görə, jurnalist artıq evə buraxılıb. Belə ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib.
Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlayıb.