MTRŞ ANS-ə GÖRƏ təcili toplanır
Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS televiziyası ilə bağlı tədbir keçiriləcək. Azərtaym.az AzVision.az-a istinadən xəbər verir ki, məlumatı MTRŞ yayıb.
Tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək.
Qeyd edək ki, MTRŞ Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. M.Ağayev isə buna cavab olaraq mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib.