MİRŞAHİN Ağayev REANİMASİYADA!!!

 

24358685-3cc8-4107-a423-0a8492932855_292ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mitrşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılmışdır.

Virtualaz.org saytı xəbər verir ki, axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu «Hesabat» verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.

Prezident İlham Əliyevin vəziyyətə medaxiləsindən sonra Milli Teleradio Şurası qərarını dəyişmişdi.

 






Fikirlər