ADU-da milli-mənəvi dəyərlər mövzusunda dəyirmi masa KEÇİRİLİB

Fevralın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda islamın yayılması və milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.

 ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Regionşünaslıq kafedrası, həmçinin digər kafedraların əməkdaşlarının iştirak etdiyi dəyirmi masada Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva islam dininin yaranması tarixi, mənəvi dəyərləri, Azərbaycan mədəniyyətinə təsiri haqqında qısa məlumat verib. Ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlığı və bərabərliyi ilə bağlı danışan Ə.Abdiyeva dinin siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynadığını bildirib.

O, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb.

 Sosial elmlər kafedrasının professoru Mehriban Abbasova ”Рoль арабов в ликвидации Албанского государствa”, dosent Xatirə HacıyevaAzərbaycanda islam dininin yayılması”, dosent Şəlalə Bağırova “İslam mədəniyyəti və dövlətçilik”, baş müəllim Sevda Məhərrəmova “Налоговая политика и развитие торговли в Азербайджане”, müəllim Günel Qarayeva “İslam dini və qədim dini inancların ortaq xüsusiyyətləri” mövzularında mühazirə ilə çıxış edib, dini həmrəylik və islam haqqında məlumat veriblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

AzerTaym.az

 






Fikirlər