“Dağlıq Qarabağda “referendum” keçirilməsi tam qanunsuzdur” – Hərbi PROKUROR
“Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”. “Report”un xəbərinə görə, bunu hərbi prokuror Xanlar Vəliyev deyib. O bildirib ki, BMT başda olmaqla, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edib: “Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını kimsə inkar edə bilməz. Bu, mümkün də deyil. Dağlıq Qarabağda hansısa qurumun olmasını dünya dövlətləri, o cümlədən Ermənistan da qəbul etməyib. Bunu qəbul edə də bilməzlər. Dağlıq Qarabağda Azərbaycan qanunveriviliyinə zidd olaraq, “seçki” və yaxud “referendum” keçirilməsi qanunsuzdur”.