Azərbaycanlı məmur işdən çıxarıldı - 70 MİLYON dollar MƏNİMSƏMƏ
Ötən gün saxlanılan və korrupsiyada ittiham olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov vəzifəsindən çıxarılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vəkilinin sözlərinə görə, Milli Antikorrupsiya Bürosu məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və 70 milyon dollar dövlət əmlakını mənimsəməkdə ittiham edir. Nazirlər Kabineti Roman Nəsirovun səlahiyyətlərinin icrasını onun müavini Miroslav Prodana həvalə edib.