Azərbaycanlı məmur 47 milyon mənimsədi – Rusiyada
Dağıstanda Dərbənd təhsil idarəsinin rəisi Nadir Kazımov büdcə vəsaitlərinin oğurlanmasında şübhəli bilinərək həbs olunub.
AzVision.az “`Kafkazskiy uzel`ə istinadən xəbər verir ki, məmur ötən gün saxlanılıb.
Hüquq mühafizə orqanlarında olan mənbə bu məlumata təsdiqləyərək qeyd edib ki, Nadir Kazımov 47 milyon rublu oğurlamaqda ittiham olunur.
İdarə rəisi 10 ilə qədər azadlıqdan məhrum oluna bilər.
İstintaqın ilkin nəticəsinə görə, Nadir Kazımov mühasib və xəzinədarla əlbir olaraq əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı olan borclar haqqında təftiş orqanlarına yalnış məlumat verib.
Qeyd edək ki, Nazir Kazımov milliyətcə azərbaycanlıdır.