Arzu Kazımov azadlığa çıxdı
Bu barədə azadllıq.info xəbər yayıb.
Musavat.com-un əməkdaşı A.Kazımovun vəkili ilə əlaqə saxlayıb, o, bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, Arzu Kazımovun adı Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində hallanırdı.
A.Kazımov isə bildirirdi ki, E.Abdullayevin şərinə məruz qalıb, onun Mahir Abdullayevin işi ilə bağlı heç bir bağlılığı olmayıb.
Əksinə, o, bildirirdi ki, E.Abdullayev onun rəhbərlik etdiyi şirkətə bina tikməyi xahiş edib, sonradan isə bunun müqabilində ödədiyi pulu şantaj yolu ilə geri tələb edib.
A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.