“Məni xalq, el-oba maraqlandırır, büst yox”- Mikayıl Müşfiqin YAXIN QOHUMU
“Büst barədə verilən suallar mənə gülünc gəlir. Ona görə ki, bu gün belə bir vəziyyətdə, cavan övladlarımızın şəhid olduğu ərəfədə, xalqın çatışmayan problemləri çox olarkən onları aradan qaldırmaq, böyük Azərbaycan naminə nə isə düşünmək əvəzinə, oturub büstdən danışırıq. Bunlar mənlik deyil. Biz hamımız bu barədə düşünürük, bu qayğıları fikirləşirik, bununla nəfəs alırıq. Məni xalq, el-obam maraqlandırır”. Bu fikirləri Modern.az saytına açıqlamasında Mikayıl Müşfiqin ailə üzvü, İsmayılzadələr nəslinin nümayəndəsi, böyük şairin qohumu Vahab İsmayılzadə bildirib. Xatırladaq ki, Mikayıl Müşfiqin Bakıda Dövlət Statistika Komitəsinin binası ilə üzbəüz ərazidəki abidəsi “Azəravtoyol” ASC tərəfindən sökülüb. Adı çəkilən qurum bəyan etmişdi ki, "Sovetski" ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır. Rekonstruksiya işləri yekunlaşdıqdan sonra heykəl əvvəlki yerinə qoyulacaq. Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq. Mədəniyyət və Turizm Nazirliyi isə bəyan edib ki, “Azəravtoyol” ASC Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli şairin Mikayıl abidəsini dağıdıb.
O, bərpa işləri gedən ərazidə nakam şairin büstünün götürülməsindən danışarkən, məsələyə yuxarıdakı kimi münasibət bildirib.
Ölkə başçısının məsələyə qarıçmasından sonra “Azəravtoyol” ASC rəhbərliyi büstün götürülməsinə görə 3 işçisini cəzalandırdı...