“Azəravtoyol” Müşfiqin Bakıdakı abidəsinin dağıdılmasına aydınlıq gətirdi - QALMAQAL

“Mikayıl Müşfiqin Bakıdakı büstü götürüldü - Rəsmi açıqlama+Foto

Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakıda Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bundan söhbət belə gedə bilməz. Sovetski ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır. Rekonstruksiya işləri yekunlaşdıqdan sonra heykəl əvvəlki yerinə qoyulacaq. Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq”.

A.Nəcəfli deyib ki, “Azəravtoyol” ASC işləri ölkə başçısının sərəncamlarına uyğun olaraq həyata keçirilir:

“Bununla bağlı layihə hazırlanıb və aidiyyatı qurumlar tərəfindən razılaşdırılıb. Mədəniyyət və Turizm Nazirliyi hansı səbəbdən məhkəməyə müraciət edib, bilmirəm. Hazırda heykəlin saxlandığı anbara gedirəm. Az sonra şəkilləri mətbuata təqdim edəcəyəm”.

 Mədəniyyət və Turizm Nazirliyi isə bəyan edib ki, “Azəravtoyol” ASC Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli şairin Mikayıl abidəsini dağıdıb. 

Nazirlik yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov hadisəni vandalizm aktı adlandıraraq, abidənin Mədəniyyət Nazirliyinin qadağalarına baxmayaraq götürükdüyünü bildirib.
"Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", - deyə o vurğulayıb.

AzerTaym.az






Fikirlər