“Yollarda heç bir problem yoxdur” - “Azəravtoyol”
"Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur. “AzerTaym.az” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Anar Nəcəfli yayıb. O bildirib ki, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən respublikanın dağlıq ərazilərindən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb: “Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın-mexanizmlər vasitəsi ilə yollara duz-qum qarışığı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub. Lakin bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb”.