BDU-nun kafedra müdiri vəzifəsindən çıxarıldı - Yeni SEÇKİ

BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova vəzifəsindən azad edilib.

BDU-nun mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, kafedra müdiri vəzifəsi seçkili olduğuna görə hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Həmin kafedranın müdiri vəzifəsini tutmaq üçün 2 nəfər - dosent Aynur Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.
Mövcud təlimata uyğun olaraq, bu məqsədlə fəaliyyət göstərən xüsusi komissiyada gizli səsvermə yolu ilə seçki keçirilib və nəticələrə görə, Allahverdi Məmmədli kafedra müdiri seçilib.
Universitetdən deyilib ki, hazırda Aynur Kərimovanın ixtisasına uyğun olaraq müvafiq işlə təmin olunması məsələsi müzakirə olunur. 
Aynur Kərimova isə bildirib ki, BDU-da müəllim kimi fəaliyyətini davam etdirib etdirməyəcəyi haqda hələ qərar verməyib. 

 






Fikirlər