Nazirliyin 2 vəzifəli şəxsi işdən çıxarıldı
"Gənclər və İdman Nazirliyinin 2 sektor müdiri vəzifəsindən azad edilib”.
Modern.az-ın xəbərinə görə, bu barədə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında deyib.
Olimpiya çempionu bildirib ki, hazırda nazirliyin İdman şöbəsi 6 sektordan ibarətdir. Bu yaxınlarda Mütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar:
"Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq”.