Olimpiya çempionu nazirlikdə YÜKSƏK vəzifəyə təyin olundu
Gənclər və İdman Nazirliyinin idman şöbəsinə yeni müdir təyin olunub. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, bu, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurovdur.
F.Mansurov yeni vəzifədə dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.